Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Vaşinqtona səfəri çərçivəsində ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.
Tərəflər Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın qurulmasını müzakirə edib, regional və beynəlxalq təhlükəsizliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Hacıyev ABŞ Konqresində Yaxın Şərqlə bağlı keçirilən tədbirdə də iştirak edib, regionda sülh gündəmini təqdim edib.