Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra ABŞ-da yaranan heyranlıq nidaları sənədin dərcindən sonra şübhəli qiymətləndirmələrlə əvəz olundu, mətndə çox şey razılaşdırılmayıb.
Bunu Rusiya XİN başçısı Sergey Lavrov deyib.
O xatırladıb ki, Bakı ilə Yerevan arasında sülh müqaviləsinin imzalanmasına dair sazişlər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əldə edilmiş razılaşmadan irəli gəlib.
"Onlar bunu ABŞ ərazisində imzalamaq qərarına gəliblər. Bu, bizim qonşularımızın suveren hüququdur", - Rusiya XİN rəhbəri qeyd edib.