Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Parisdə Fransa prezidenti Emmanuel Makronun kontinental Avropa və Türkiyə üzrə müşaviri Bertran Buşvalterlə görüşüb.
Görüş zamanı tərəflər 8 avqust Vaşinqton razılaşmalarına toxunub və onlar çərçivəsində regional əlaqələrin genişləndirilməsi və ticarət-iqtisadi əməkdaşlığın inkişafı kontekstində “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” proqramının əhəmiyyətini vurğulayıblar.
Tərəflər Ermənistan-Fransa strateji əməkdaşlığının gündəliyini müzakirə edib və iki ölkə arasında siyasi dialoqun səviyyəsini yüksək qiymətləndirərək əməkdaşlığın gələcək yollarını müəyyən ediblər.