Sentyabrın 5-də Parisə işgüzar səfəri çərçivəsində Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransanın Baş naziri yanında müdafiə və milli təhlükəsizlik üzrə baş katib Nikolas Roşla görüşüb.
Tərəflər Ermənistan-Fransa ikitərəfli münasibətlərinin gündəliyini müzakirə ediblər, xüsusilə də təhlükəsizlik sahəsində əməkdaşlığa toxunub, kibertəhlükəsizlik və informasiya mühitinin çirklənməsi məsələləri çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Armen Qriqoryan avqustun 8-də regional kommunikasiyaların açılmasına dair əldə olunmuş razılaşmaları təqdim edərək, həm regional, həm də regiondankənar ölkələr üçün geniş iqtisadi imkanların yaradılacağını vurğulayıb.
Görüş zamanı iki ölkənin ofisləri arasında mövcud əlaqələrin institusionallaşdırılmasına dair razılıq əldə olunub.