Donald Tramp Polşa prezidenti ilə birgə mətbuat konfransında Rusiya-Ukrayna münaqişəsinə toxunub. ABŞ prezidenti yaxın günlərdə Vladimir Zelenski və Vladimir Putinə zəng edəcəyini açıqlayıb.
Jurnalist Trampdan Kreml rəhbərinə hansı mesajı olduğunu soruşub.
"Yox. O, mənim mövqeyimlə tanışdır və qərar verməlidir. Əgər narazı qalsaq, bunun nəticələri olacaq". ABŞ prezidenti Rusiya və Ukrayna prezidentlərinin görüşəcəyinə ümid etdiyini bildirib.