Rusiya prezidenti Vladimir Putin Pekində çinli həmkarı Si Cinpin ilə dar və geniş tərkibdə görüşüb. Söhbət zamanı ikitərəfli münasibətlər, qlobal və regional gündəlikdəki məsələlər müzakirə olunub.
Putin vurğulayıb ki, Moskva strateji əməkdaşlığı davam etdirməyə və Pekinlə əməkdaşlığı genişləndirməyə hazırdır. Si Cinpin öz növbəsində qeyd edib ki, Rusiya-Çin münasibətləri müxtəlif sınaqlardan keçib və dövlətlərarası münasibətlər, dostluq və qarşılıqlı faydalı əməkdaşlıq nümunəsidir.