Suren Papikyan İranın Ermənistandakı səfiri Mehdi Sobhanini Ermənistandakı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüş zamanı ikitərəfli gündəliyə dair məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizliklə bağlı son hadisələr müzakirə olunub.
Görüşün sonunda ER müdafiə naziri İranın Ermənistandakı səfirini səmərəli əməkdaşlığa görə departament medalı ilə təltif edib.