Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana işgüzar səfəri çərçivəsində İran Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb.
Tərəflər Milli Təhlükəsizlik Şurasının aparatları arasında formalaşmış institusional əlaqələri məmnunluqla qeyd etmiş, onların bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.
Görüşdə son regional hadisələr müzakirə edilib. Bu kontekstdə A.Qriqoryan avqustun 8-də imzalanmış sazişləri təqdim edib və qeyd edib ki, regionun iqtisadi infrastrukturunun blokadadan çıxarılması prosesi müstəsna olaraq ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası, ölkələrin sərhədlərinin toxunulmazlığı prinsiplərinə tam hörmət çərçivəsində baş verəcək.
Ermənistan və İran arasında ikitərəfli gündəliyə toxunulub, iqtisadi əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.