ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Witkoff Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüşü zamanı adətən qeydlər aparan Dövlət Departamentinin nümayəndəsi olmadan gələrək protokolu pozub. Bunu Reuters bir neçə mənbəyə istinadən xəbər verir.
Avqustun 6-da Moskvada Putinlə görüşdən sonra Witkoff ABŞ prezidenti Donald Trampa deyib ki, guya Rusiya prezidenti Ukraynada müharibəyə son qoymaq üçün əhəmiyyətli ərazi güzəştləri təklif etməyə hazırdır. Bunu eşidən Tramp Putinlə sammit keçirməyə razılaşıb.
Ertəsi gün Witkoff bir neçə avropalı liderə bildirib ki, Kiyev Donetsk və Luqanskı təslim edərsə, Putin Zaporojya və Xerson vilayətlərindən qoşunları çıxarmağa hazırdır. Təklif “söhbət iştirakçılarını şoka saldı”, çünki o, Putinin öz mövqeyinə verdiyi qiymətləndirmələrdən kəskin şəkildə fərqlənirdi.
“Reuters” mənbələrinin məlumatına görə, bəzi Amerika rəsmiləri, o cümlədən Trampın Ukrayna üzrə müşaviri Keyt Kelloq Vaşinqtonun Rusiyaya qarşı daha sərt mövqe tutmağa başladığı bir vaxtda Witkoffun Moskvadan ziddiyyətli məlumatlar gətirməsindən narazı qalıb.
Agentliyin mənbələrinin məlumatına görə, Vitkoffun Moskvaya səfərindən sonra avqustun 15-də Alyaskada Trampla Putin arasında keçirilən görüşdə də ciddi irəliləyiş olmayıb.