Qərb mətbuatı xəbər verir ki, BMT Təhlükəsizlik Şurası BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatını genişləndirən qətnaməni yekdilliklə təsdiqləyib.
Qətnamədə deyilir ki, “UNIFIL-in mandatı sonuncu dəfə 2026-cı il dekabrın 31-nə qədər uzadılacaq və onun müddəti başa çatdıqdan sonra missiya Livan hökuməti ilə sıx əməkdaşlıq şəraitində şəxsi heyətin nizamlı və təhlükəsiz çıxarılması prosesinə başlayacaq”. UNIFIL-in mandatı bu il avqustun 31-də başa çatmalı idi.
Missiya hazırda 47 ölkədən 10 800 sülhməramlıdan ibarətdir.