Kremlin sözçüsü bəyan edib ki, Rusiya qüvvələri Ukrayna hərbi obyektlərinə effektiv zərbələr endirir.
Eyni zamanda, Dmitri Peskovun sözlərinə görə, onlar Rusiya-Ukrayna nizamlanması üzrə danışıqların davam etdirilməsində maraqlıdırlar. O əlavə edib ki, Kiyevlə havada atəşkəs razılaşması yoxdur.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada nizamlanmanın hava atəşkəs rejiminin yaradılması ilə başlaya biləcəyini qeyd edib.