ABŞ prezidenti Avropa İttifaqını yenidən sanksiyalarla hədələyir. “Euronews” yazır ki, ticarət sazişinin imzalanmasından bir ay sonra Donald Tramp, onun fikrincə, Amerikanın informasiya texnologiyaları şirkətlərinə qarşı ayrı-seçkilik tədbirləri həyata keçirən ölkələrə qarşı sanksiyalar tətbiq edəcəyinə söz verib.
Euronews yazır ki, söhbət digər şeylərlə yanaşı, azad və ədalətli rəqabəti dəstəkləməyə yönəlmiş rəqəmsal bazarlar və rəqəmsal xidmətlər üzrə ümumavropa qanunlarından gedir.
Avropa Komissiyası Amerika tərəfinin bu bəyanatının gözlənilməz olduğunu gizlətməyib.