Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə iranlı həmkarı Məsud Pezeşkianla görüşündən sonra bildirib ki, Belarus Ermənistan vasitəsilə İran və Fars körfəzinə çıxışda maraqlıdır.
"İran bizi Rusiya və İran ərazisindən keçən logistik marşrutdan daha fəal istifadə etməyə inandırır: Rusiya, Ermənistan, İran və Fars körfəzi. Bizə ilk növbədə bunlar lazımdır", - Lukaşenko bildirib.
O, Aİİ və İran arasında tam hüquqlu azad ticarət sazişinin işə salınmasının ticarət əlaqələrinin coğrafiyasını genişləndirəcəyinə və ölkələr üçün yeni bazarlar açacağına əmin olduğunu bildirib.