Baş nazir Nikol Paşinyan Macarıstanın Baş naziri Viktor Orbana Milli bayram münasibətilə təbrik məktubu göndərib. Mesajda deyilir:
“Ermənistan Respublikası adından və şəxsən öz adımdan Sizi və Macarıstan xalqını Milli bayram münasibətilə ürəkdən təbrik edirəm.
Məmnunluq hissi ilə qeyd etməliyəm ki, ölkələrimiz arasında son dövrlər formalaşmış dostluq münasibətləri qarşılıqlı etimada və möhkəm tarixi bağlara əsaslanan yeni keyfiyyət kəsb edir.
Ümidvaram ki, birgə səylərlə ikitərəfli əlaqələr bundan sonra da inkişaf edəcək və xalqlarımızın dostluğunun rifahı naminə Ermənistan və Macarıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə töhfə verəcəkdir.
Sizə möhkəm cansağlığı və səmərəli fəaliyyət, dost Macarıstan xalqına davamlı sülh və firavanlıq arzulayıram”.