Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp sammitin keçirilməsinə görə hörmətə layiqdirlər. Macarıstanın xarici işlər naziri Péter Siyarto bildirib ki, ölkələr arasında yüksək səviyyəli dialoq olduğu müddətdə dünya daha təhlükəsizdir.
Onun sözlərinə görə, sammit bir daha sübut etdi ki, Ukrayna münaqişəsi yalnız danışıqlar masası arxasında həll edilə bilər.
"Sülhə yalnız danışıqlar, dialoq və diplomatik kanalları açıq saxlamaqla nail olmaq olar. Biz macarlar 3,5 ildir ki, bu mövqeyi müdafiə edirik, Brüsselə və Avropanın döyüşkən siyasətçilərinə qarşı çıxış edirik", - Siyarto qeyd edib.