Baş nazirin müavini Aleksey Overçuk bildirib ki, Rusiya Federasiyası “Tramp yolu” məsələsində Ermənistanı dəstəkləyir, əgər bu Ermənistan üçün faydalıdırsa.
"Biz bu məsələni müzakirə edirik. Ermənistan bizim strateji müttəfiqimizdir və o, nəyinsə onun üçün faydalı olduğunu düşünürsə, təbii ki, biz onu dəstəkləyirik", - Overçuk jurnalistlərə "Tramp yolu"nun həyata keçirilməsi ilə bağlı sualı cavablandırıb.
O, Rusiyanın Cənubi Qafqazda maraqlarına tam uyğun gələn sülh proseslərinə dəstək verdiyini vurğulayıb.
“Əlbəttə, əldə edilə biləcək razılaşmalar çərçivəsində bəzi nüanslar yaranır ki, biz Ermənistan və Azərbaycan tərəfləri ilə aydınlaşdırmalıyıq”, - Overçuk əlavə edib.