Aİ-nin Ermənistandakı Monitorinq Missiyası fəaliyyətini davam etdirəcək və onun mandatına mümkün dəyişikliklər Yerevan və Brüssel arasında müzakirə olunacaq, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Anita Hipper bildirib.
Missiyanın mandatına Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində vəziyyətin monitorinqi və hesabatların verilməsi daxildir.
“Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və tərəfləri mümkün qədər tez imzalayıb ratifikasiya etməyə çağırıb”, - Hipper bildirib.