Baş nazir Nikol Paşinyan Hindistanın Baş naziri Narendra Modini Müstəqillik Günü münasibətilə təbrik edib. Mesajda deyilir:
“Hindistan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və dost Hindistan xalqını təbrik edirəm.
Məmnuniyyətlə bildirmək istəyirəm ki, son illər çoxəsrlik dostluğumuz keyfiyyətcə yeni səviyyəyə yüksəlib və bu, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin möhkəmləndirilməsinə, qlobal və regional çağırışlara birgə və səmərəli cavab verməyə imkan yaradır.
Əminəm ki, siyasi dialoqun, o cümlədən yüksək səviyyəli qarşılıqlı səfərlər və təmaslar vasitəsilə aktivləşdirilməsi ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın dərinləşməsinə yeni təkan verəcək.
Fürsətdən istifadə edərək, Sizə və dost Hindistan xalqına firavanlıq və davamlı tərəqqi arzulayıram”.