Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik üzrə sözçüsü Anita Hiper Qəzza zolağına humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayaraq, vəziyyəti “dözülməz” adlandırıb.
O, Aİ ilə İsrail arasında Qəzzaya humanitar yardımın əldə edilməsi və şəraitin yaxşılaşdırılması istiqamətində əldə edilən irəliləyişi alqışlayıb və bunu müsbət inkişaf kimi qiymətləndirib.
Hipper qeyd edib ki, Aİ istənilən ərazi və ya demoqrafik dəyişikliyə qarşı çıxmaqla öz aydın mövqeyini bir daha təsdiqləyib.