Görünür ki, Ermənistan mətbuatında regionun nəqliyyat əlaqələrinin açılması məsələsində ER-nin mövqeləri ilə bağlı müəyyən çaşqınlıq var və media Ermənistan rəsmilərinin bəyanatlarında ziddiyyətlər görür. Bu barədə ER baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan öz Facebook səhifəsində yazıb.
“Bu, müəyyən mənada başa düşüləndir, çünki mövzunun bir çox nüansları var ki, onlar bəzən müəyyən terminlərlə birləşdirildikdə daha mürəkkəbləşir: icarə, lizinq, tikinti hüquqları, autsorsinq.Tərminlərin hər biri, təbii ki, konkret nəyə istinad etməsindən asılı olaraq fərqli məna kəsb edə bilər.
Hörmətli KİV nümayəndələri üçün məsələni yüngülləşdirmək üçün bir daha qeyd etmək istəyirəm ki, Ermənistan Respublikası öz ərazisindən keçən nəqliyyat marşrutlarının Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası ilə bir araya sığmayan variantlarını heç vaxt müzakirə etməyib, müzakirə etmir və müzakirə etməyəcəkdir.
Və əksinə, ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində Ermənistan Respublikası regionda nəqliyyat marşrutlarının fəaliyyətinin müxtəlif formullarını müzakirə etməklə yanaşı, həm də hər hansı formul üzrə razılığın əldə olunmasında maraqlıdır.
Ermənistanın bunları müzakirə etmədiyini və müzakirə etməyəcəyini deyən Ermənistan Respublikasının həmin nümayəndələri mütləq Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası ilə bir araya sığmayan formullardan danışırlar.
Müzakirələrdən danışan Ermənistan Respublikasının həmin nümayəndələri iyulun 16-da baş nazir Paşinyanın mətbuat konfransı zamanı danışdığı Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası, tikinti hüquqları və s. çərçivəsində qəbul edilmiş qətnamələri nəzərdə tuturlar.
Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi, yurisdiksiyası təbii ki, autsorsinqə verilə bilməz. Dəmir yollarının, boru kəmərlərinin və elektrik xətlərinin biznes idarəsi ola bilər. Yeri gəlmişkən, bu gün Ermənistanda avtomobil yollarının saxlanması və idarə olunması həmişə özəl şirkətlərə həvalə edilib. Bu idarəçiliyi kimin, hansı keyfiyyətlə həyata keçirməsi başqa məsələdir. Amma bunun müzakirə olunan mövzu ilə heç bir əlaqəsi yoxdur”, - Nazeli Bağdasaryan yazıb.