Yəmənin Əl-Məsirə telekanalı xəbər verir ki, yəmənli husilər İsrailin Qəzza zolağındakı hərbi kampaniyasına və anklavın blokadasına qarşı çıxış edərək, İsrail limanları ilə əməkdaşlıq edən istənilən gəmiyə hücum etmək niyyətlərini açıqlayıblar.
"Hərbi dəstək əməliyyatlarımızı gücləndirmək və düşmənin (İsrail) dəniz blokadasının dördüncü mərhələsinə başlamaq qərarına gəldik. Bu, milli mənsubiyyətindən asılı olmayaraq, İsrail limanları ilə işləyən istənilən şirkətin bütün gəmilərinə hücumları əhatə edir",- Husilərin bəyanatında deyilir.