Fransa prezidenti Emmanuel Makron Fələstin dövlətini tanımaq qərarını açıqlayıb. O, Facebook səhifəsində yazıb:
"Yaxın Şərqdə ədalətli və davamlı sülhə dair tarixi öhdəliyimə uyğun olaraq, Fransanın Fələstin dövlətini tanımasına qərar verdim. Gələn ilin sentyabrında BMT Baş Assambleyasında bununla bağlı təntənəli bəyanat verəcəyəm".
Bu gün Qəzzada müharibə dayandırılmalı və dinc sakinlər xilas edilməlidir. Sülh mümkündür. Dərhal atəşkəs, bütün girovların azad edilməsi və Qəzza xalqına kütləvi humanitar yardım lazımdır.
Alternativ yoxdur.
Fransızlar Yaxın Şərqdə sülh istəyirlər. Bunun mümkün olduğunu sübut etmək bizim, fransızların, israillilərin, fələstinlilərin, Avropa və beynəlxalq tərəfdaşlarımızın üzərinə düşür.
Biz sülhə nail olacağıq”.