Ağ Ev çərşənbə axşamı, iyulun 22-də bildirib ki, Donald Tramp administrasiyası Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan YUNESKO-dan ABŞ-ın çıxarılması prosesinə başlayıb.
“YUNESKO-da gələcək iştirak ABŞ-ın milli maraqlarına uyğun deyil" - bəyanatda deyilir.
YUNESKO-nun baş direktoru Odri Azule artıq ABŞ-ın qərarından təəssüfləndiyini bildirərək bəyanat yayıb. Onun sözlərinə görə, təşkilat hadisələrin belə inkişafı üçün hazırlanıb və Ağ Evin qərarı ilk növbədə ABŞ-da mədəni proqramlara təsir edəcək.
Çin Xarici İşlər Nazirliyi ABŞ-ın YUNESKO-dan çıxmaq qərarını tənqid edib.