Rəcəb Ərdoğan uzun fasilədən sonra Ankaranın Avropa Birliyinə üzv olmaq ambisiyasını bir daha bəyan edib. Türkiyə prezidentinin sözlərinə görə, ölkə Aİ-yə tamhüquqlu üzv olmağa hazırdır və təşkilatın Türkiyəyə ehtiyacı var.
"Türkiyənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar intensivləşdirilməlidir. Bu, əlavə addımlar atılmadan indi baş verməlidir. Avropa İttifaqı bu məsələyə strateji həll yolu tapdıqda, onlar üçün heç bir maneə olmayacaq", - Ərdoğan bildirib.
Türkiyə 1999-cu ildən bəri 25 ildən artıqdır ki, Aİ üzvlüyünə namizəddir. Altı il sonra başlayan danışıqlar 2016-cı ildə ölkədə insan haqları və demokratiyanın pozulması ilə bağlı siyasi fikir ayrılıqları və tənqidlər səbəbindən dayandırılıb.