İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi Azərbaycan prezidenti İlham Əliyevin brifinqdə səsləndirdiyi fikirlərə münasibət bildirib.
“Biz region ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin tərəfdarıyıq, lakin biz həmişə vurğulamışıq ki, bu hərəkətlər, marşrutların yaradılması heç bir ölkənin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini bir millimetr belə pozmamalı, regionun geosiyasətinin dəyişməsinə səbəb olmamalıdır”,- Bəqayi vurğuladı.
O vurğulayıb ki, bəzi hallarda Qafqaz regionunun digər ölkələrinin rəsmilərinin bəyanatları yanlış şərh oluna bilər. Lakin İranın mövqeyi aydındır və dəfələrlə təqdim olunub.