Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.
Armen Qriqoryan 12 günlük İsrail-İran müharibəsi nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.
Tərəflər Ermənistan-İran ikitərəfli əməkdaşlığının gündəliyində duran məsələləri müzakirə ediblər.
Armen Qriqoryan ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasına əsaslanan regional yolların açılması məsələsində Ermənistan Respublikasının mövqeyini vurğuladı.
Əhmədian bu məsələdə İran İslam Respublikasının mövqeyini bir daha təsdiqləyib və Ermənistan Respublikasının mövqeyini dəstəklədiyini bildirib.
Son regional hadisələr də müzakirə edilib, onlar çərçivəsində Qriqoryan və Əhmədian regionda təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.