Fransa ABŞ prezidenti Donald Trampın təklif etdiyi və Avropa ölkələri tərəfindən maliyyələşdiriləcək Amerika silahlarının Ukraynaya verilməsi təşəbbüsündə iştirak etmək niyyətində deyil. Bu barədə öz mənbələrinə istinadən “Politico” məlumat yayıb.
Qəzet izah edir ki, Fransa prezidenti Emmanuel Makron uzun müddətdir avropalılara avropalı istehsalçılardan silah almaqla öz müdafiə istehsalını təşviq etməyi təklif edir.
“Bu səbəbdən Paris ABŞ-dan silah almaq təşəbbüsünə qoşulmayacaq”, - qəzet yazır.
Bundan əvvəl məlum olub ki, Hollandiya və Danimarka ABŞ prezidenti Donald Trampın təklif etdiyi proqram çərçivəsində Ukrayna üçün Amerika silahları almağa hazır olduqlarını bildiriblər.