Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində Azərbaycan prezidenti ilə görüşündən görüntülər paylaşaraq “Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüş" yazıb.
Xəbər verdiyimiz kimi, baş nazir Nikol Paşinyan iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
Baş nazir Nikol Paşinyan Əbu-Dabidə BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.