Moskva vilayətindəki Azərbaycan icmasının rəhbəri Elşən İbrahimov Rusiya Federasiyasından deportasiya edilib. O, ölkədə qalma qaydalarını pozduğuna görə Rusiya vətəndaşlığından məhrum edilib.
KİV-in məlumatına görə, İbrahimov artıq Rusiya ərazisini tərk edib. O, hava limanında “İzvestiya” jurnalistinin sualına cavabında bildirib ki, onun ölkədən deportasiyası barədə qərar onun üçün gözlənilməz olub.
Azərbaycan mediası onu da qeyd edir ki, İbrahimov hələ iyunun 18-də “milli təhlükəsizliyə təhdid yaradan hərəkətlər törətdiyinə görə” Rusiya vətəndaşlığından məhrum edilib. Elşən İbrahimov 2018-ci ildən Moskva vilayətindəki Azərbaycan icmasına rəhbərlik edir.