İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti ilə Qəzzada atəşkəs rejimini müzakirə etmək üçün Vaşinqtona gəlib. Netanyahu axşam saatlarında Donald Trampla, ondan əvvəl isə dövlət katibi Marko Rubio və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffla görüşəcək.
ABŞ prezidenti Donald Tramp İsrail və HƏMAS arasında atəşkəs əldə etmək üçün diplomatik səylərini davam etdirir. “Euronews” xəbər verir ki, İsrail daha əvvəl ABŞ-ın təklifini qəbul edib, Fələstin qrupu cavabının “müsbət” olduğunu, lakin atəşkəsin təfərrüatlarının hələ də işlənib hazırlanmasına ehtiyac olduğunu bildirib.