Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq arzusunu ifadə edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan öz Facebook səhifəsində yazıb.
“Şanxay Əməkdaşlıq Təşkilatının fundamental prinsiplərini, xüsusən ərazi bütövlüyü, güc tətbiq etməmək və sərhədlərin toxunulmazlığını bölüşən Ermənistan Respublikası ŞƏT-ə üzv olmaq arzusunu ifadə edib”, - Badalyan yazıb.