ABŞ dövlət katibi Marko Rubio təsdiq edib ki, planlaşdırıldığı kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2025-ci il iyulun 1-də bütün xarici yardım proqramlarını rəsmən dayandıracaq.
Qeyd olunur ki, ABŞ hökumətinin hazırkı siyasətinə zidd olmayan yardım proqramları bundan sonra USAİD deyil, birbaşa Dövlət Departamenti tərəfindən həyata keçiriləcək.
Mart ayında ABŞ milli maraqlara cavab verməyən həddindən artıq xərclər səbəbindən USAID proqramlarının 83%-ni ixtisar etmək qərarına gəlib.
Bu ilin əvvəlində USAİD rəsmiləri Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) əməkdaşlarına məxfi məlumatlara girişi təmin etməkdən imtina etdiklərinə görə inzibati məzuniyyətə buraxılıblar. Həmin vaxt DOGE-yə rəhbərlik edən İlon Mask agentliyin bağlanmalı olduğunu demişdi. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp onunla razılaşıb.