İyunun 30-da Ermənistan və Avropa İttifaqı arasında Təhlükəsizlik və Müdafiə Məsləhətləşmələrinin ilk iclası keçirilib.
Məsləhətləşmələr zamanı Ermənistan və Avropa İttifaqı arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib, həmçinin aktual regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Avropa İttifaqının böhranın idarə olunması əməliyyatları çərçivəsində gələcək əməkdaşlığın perspektivlərini, Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının fəaliyyətini, Avropa Sülh Proqramı çərçivəsində tərəflər arasında davamlı əməkdaşlığın imkanlarını, Avropa Təhlükəsizlik və Müdafiə Kolleci ilə Ermənistanın müvafiq təhsil müəssisələri arasında əməkdaşlığın perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Təhlükəsizlik sahəsində aparılan islahatlara, hibrid təhdidlərə və dezinformasiyaya qarşı mübarizə sahələrində birgə proqramların həyata keçirilməsi imkanlarına toxunulub.