İranın BMT-dəki səfiri Əmir Səid İrəvani bildirib ki, Tehran sülhməramlı nüvə proqramı üçün uranın zənginləşdirilməsindən heç vaxt imtina etməyəcək.
O xatırladıb ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən, Tehran zənginləşdirilmiş uranı istehsal etmək və ondan dinc məqsədlər üçün istifadə etmək hüququna malikdir.
KİV-lər yazır ki, İranın uranının taleyi sirr olaraq qalır. Qərb rəsmiləri və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ABŞ və İsrailin hava hücumlarından əvvəl İranın təxminən 400 kq yüksək zənginləşdirilmiş uranın başına gələnlərlə bağlı dəqiq məlumata malik deyil.
Daha əvvəl İran hakimiyyəti ABŞ-ın zərbələrindən əvvəl nüvə obyektlərini boşaltdıqlarını açıqlamışdı. Bu barədə Avropa kəşfiyyat xidmətləri məlumat yayıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi bunu istisna etməyib.