Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ermənistanda baş verən hadisələr ölkənin daxili işidir.
Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib: “Kilsə həmişə erməni cəmiyyətinin əsas sütunlarından biri olub və biz onun heç bir ciddi əsas olmadan əsassız hücumlara məruz qalmasını istəməzdik”.
"Biz bu vəziyyətin Ermənistan Konstitusiyasına, dindarların hüquqlarına, eləcə də digər insan hüquqlarına tam hörmət əsasında mümkün qədər tez həllində maraqlıyıq", - Rusiya XİN rəhbəri vurğulayıb.