Pekin ABŞ prezidenti Donald Trampın Çinlə ticarət əlaqələrinin inkişafı ilə bağlı açıqlamalarına cavab verib. Qeyd olunur ki, Çin mallar üçün ixrac icazəsi verməyə davam edəcək, ABŞ isə Çinə qarşı əvvəllər tətbiq etdiyi bir sıra sanksiyaları aradan qaldıracaq.
Bundan əvvəl Pekin yüksək texnologiyalı sənayelərdə istifadə edilən nadir metalların ixracına icazələrin verilməsini sürətləndirdiyini açıqlamışdı. Pekinin nadir metalların ixracına qoyduğu məhdudiyyətlər ABŞ ilə fikir ayrılığının əsas səbəbi olub.