Beynəlxalq Atom Enerjisi Agentliyi(AEBA) İranın 60 faiz zənginləşdirilmiş 400 kq uranı harada gizlətdiyini bilmir, agentliyin baş direktoru Rafael Qrossi deyib. Onun sözlərinə görə, hərbi əməliyyatlara baxmayaraq, Tehran agentliyin müfəttişlərinə zənginləşdirilmiş uranın harada olduğunu göstərməyə borcludur.
Qrossi İran parlamentinin AEBA ilə əməkdaşlığı müvəqqəti dayandırmaq qərarını şərh edib.
"Bu, hüquqi öhdəlikdir. Nə qədər ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin tərəfi olaraq qalır, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq Tehranın öhdəliyidir və o, qüvvədədir".