Tehranda və İranın digər şəhərlərində kütləvi mitinqlər keçirilib. Yerli KİV-in məlumatına görə, insanlar İsrail üzərində qələbəni qeyd edib və İslam Respublikasının Silahlı Qüvvələrinə dəstək ifadə ediblər.
Prezident Məsud Pezeşkian iranlılara müraciətində deyib:
"Düşmən ağır və tarixi cəzaya məruz qaldı. Xalqımızın qəhrəmancasına müqaviməti sayəsində biz sionist rejimin başlatdığı 12 günlük müharibənin sona çatdığının şahidi olduq. Tarix İran düşmənlərinin ABŞ-la danışıqlar fonunda xəyanətini və sazişləri pozmasını unutmayacaq. Təcavüzkar öz məqsədlərinə, yəni nüvə obyektlərimizin məhv edilməsinə və xaosun yayılmasına nail ola bilmədi”, - İran prezidenti qeyd edib.
Pezeşkian Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə də telefon danışığı aparıb və əmin edib ki, Tehran Vaşinqtonla mövcud problemləri beynəlxalq normalara uyğun həll etməyə hazırdır.
İranın xarici işlər naziri bu istiqamətdə ciddi səylər göstərdikləri, çoxlu itkilər verdiyi, sanksiyalara müqavimət göstərdikləri üçün nüvə proqramından əl çəkməyəcəklərini də bəyan edib.
"İranın proqramı şəffafdır və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altındadır", - Abbas Əraqçi əlavə edib.