Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi İran və İsrail arasında atəşkəs razılaşmasını alqışlayıb.
"Agentliklə əməkdaşlığın bərpası uğurlu razılaşmanın açarıdır. Mən İranın xarici işlər naziri Abbas Əraqçiyə məktub yazaraq, bu addımın nüvə proqramı ilə bağlı uzun müddətdir davam edən mübahisənin diplomatik yolla həllinə gətirib çıxara biləcəyini vurğuladım və yaxın gələcəkdə görüşməyi təklif etdim", - Qrossi özünün X mikrobloqunda yazıb.