ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs razılaşmasının qüvvəyə mindiyini açıqlayıb. Tramp onu pozmamağı xahiş edib.
"Atəşkəs qüvvədədir. Xahiş edirəm, onu pozmayın" deyə o, Truth Social saytında yazıb.
Bundan əvvəl Tramp İsrail və İranın 24 saatlıq müddətdən sonra “12 günlük müharibənin sonu”na çevrilməli olan atəşkəs barədə razılığa gəldiyini açıqlamışdı.