İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əli Bəhreyni Euronews telekanalına müsahibəsində qeyd edib ki, İsrailin zərbələrini dayandıracağı təqdirdə diplomatiya işə yarayacaq. O, xəbərdarlıq edib ki, Vaşinqton münaqişəyə girmək qərarına gələrsə, İran silahlarını ABŞ-a qarşı yönəldəcək.
“Avropalıların edə biləcəyi ən az şey İsraili birmənalı şəkildə qınamaq və ona dəstəyi dayandırmaqdır”, - deyə Əli Bəhreyni bildirib.