Ermənistanın baş naziri Nikol Paşinyan öz X səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbulda keçirdiyi görüşünə istinadən yazıb.
"İstanbulda prezident Ərdoğanla ətraflı fikir mübadiləsi apardım. Biz Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesini, regional hadisələri və daimi dialoqun vacibliyini müzakirə etdik. Ermənistan regionda sabitlik və sülhün qurulmasına sadiq qalır", - o yazıb.