Ermənistan Respublikası Parlamentinin sədri Alen Simonyan Rusiya dövlət telekanalında yayımlanan “Solovyovla axşam” verilişinin aparıcısı Vladimir Solovyovun Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan haqqında təhqiramiz ifadələr səsləndirməsinə cavab verib.
Simonyan xüsusilə dedi:
“Bu televiziya əclafının ölkə başçısına iyrənc sözlərlə damğa vurmağa, Ermənistan xalqını qanuni seçilmiş hakimiyyətə qarşı siyasi addımlar atmağa çağırmağa, emosiyalarla oynamağa, bütün bu ucuz cəfəngiyyatları yaymağa, pafoslu hərəkətlərlə təqdim etməyə haqqı olduğunu düşünür və eyni zamanda sadəcə olaraq “Bu, daxili işlərə qarışmaq deyil” deməklə kifayət olduğunu ümid edir.
Bu, Ermənistan Respublikasının daxili işlərinə birbaşa müdaxilə, onun rəhbərliyinə və xalqına qarşı şüurlu şəkildə nifrət və təhqirin yayılmasıdır.
Dövlət telekanalının bu cür hərəkətləri ölkələrimiz arasında münasibətlərə ciddi zərbə vurur və Ermənistan əhalisi arasında yalnız dərin ikrah hissi yaradır.
Ümid edirəm ki, bu cür hadisələri dəfələrlə müzakirə etdiyimiz rusiyalı həmkarlarım cavab verəcək və erməni ictimaiyyəti eyni kanalda, eyni dəbdəbəli “bədii” formada açıq-aşkar üzr eşidəcək”.