ABŞ fond indeksləri Yaxın Şərqdə artan geosiyasi gərginlik və zəif statistik məlumatlara görə ucuzlaşıb.
Trading Economics-in bildirdiyinə görə, ABŞ-ın İsrail-İran münaqişəsinə birbaşa qarışa biləcəyi qorxusu investorlara mənfi təsir göstərir.
Onu da bildirilir ki, KİV-in məlumatına görə, Konqres Vaşinqtonun İran ərazisində hərbi əməliyyatlarda iştirakını qadağan etmək üçün bir sıra təşəbbüslər hazırlayıb.
“Trading Economics” ABŞ Federal Ehtiyat Sisteminə istinadən xəbər verib ki, ABŞ sənaye istehsalı may ayında əvvəlki ayla müqayisədə 0,2% azalıb. Ekspertlər isə 0,1% artım proqnozlaşdırmışdılar.