BBC xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Təl-Əvivin bəzi hissələrinin sakinlərini təxliyyə etmələri barədə xəbərdarlıq edib. Xəbərdarlığı İran xəbər agentlikləri yayıb.
Bundan bir qədər əvvəl İsrail ordusu sosial media vasitəsilə İran sakinlərinə oxşar xəbərdarlıq edərək, Tehranın müəyyən bir bölgəsində hərbi hədəfləri vurmağa hazırlaşdığını elan etmişdi.
İnqilab Keşikçiləri Korpusu həmçinin İsrail səmasında tam nəzarət aldığını açıqlayıb. Bu barədə Rusiyanın TASS və RİA xəbər agentlikləri məlumat yayıb. BBC-nin məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun məlumatına görə, İranın İsrailə son raket zərbəsi İsrail səması üzərində tam nəzarətdən danışmağa əsas verir.
Tehran “intiqam tədbiri” həyata keçirəcəyinə söz verib. Bildiriblər ki, indiyə qədər olan zərbələr İsraili xəbərdar etmək və çəkindirmək məqsədi daşıyır.
ABŞ Dövlət Departamenti ABŞ-ın Qüdsdəki səfirliyinin, eləcə də ABŞ-ın Qüds və Təl-Əvivdəki konsulluqlarının təhlükəsizlik səbəbilə bir neçə gün bağlı qalacağını açıqlayıb.