Ermənistan parlamentinin sədri Alen Simonyan İsrailin İrana hücumunu pisləyib və vəziyyətin daha da gərginləşməsini dayandırmağa çağırıb.
"Mən son hadisələrdən, xüsusən də bu gün səhər tezdən İrana birtərəfli hücumdan dərin narahatam. Bu hərəkət nüvə danışıqlarının ortasında baş verib və qlobal və regional sülh üçün səylərə zərbə vurur.
Ermənistan bu hücumu pisləyir və gərginliyin dərhal azaldılmasına və vəziyyətin beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinə çağırır”, - Alen Simonyan özünün X səhifəsində yazıb.