Səfir Viktor Yengibaryan Hessen ştatının beynəlxalq əməkdaşlıq və Avropa məsələləri üzrə naziri Manfred Pents ilə işgüzar görüş keçirib. Bu barədə məlumatı Ermənistanın Almaniyadakı səfirliyi yayıb.
Tərəflər Ermənistanın Hessen ştatı ilə iqtisadi əməkdaşlıq, investisiyaların təşviqi, mədəni əməkdaşlıq, eləcə də ayrı-ayrı şəhərlər arasında tərəfdaşlıq sahələrində əməkdaşlığının dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.