ER Xarici İşlər Nazirliyindən bildirilib ki, Ararat Mirzoyan Marseldə Hindistan və Fransa tərəfdaşları tərəfindən ilk dəfə olaraq bu formatda təşkil olunan “Aralıq dənizi Raisina” konfransında iştirak edəcək.
Nazir Mirzoyan və Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar “Növbəti xüsusi əlaqələr: Hind-Sakit okean regionu və Avropa arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi” başlığı altında keçiriləcək panel müzakirəsində birgə iştirak edəcəklər.