İsrail mətbuatı xəbər verir ki, ABŞ və İsrail BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) fəaliyyətini dayandırmaq barədə razılığa gəliblər.
“ABŞ administrasiyası UNIFIL-in mandatını uzatmamaq qərarına gəlib və İsrailin onu buna inandırmaq üçün heç bir cəhd göstərmədiyi bildirilir”.
Mənbələrin sözlərinə görə, ABŞ yardımla bağlı yekun qərar verməzdən əvvəl ciddi islahatlar görmək istəyir.
UNIFIL-in mandatı hər il BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə verilir və qüvvə 1978-ci ildə yaradılıb.