Livan prezidenti Cozef Aun və baş nazir Navaf Salam cümə axşamı axşam saatlarında İsrailin Beyrutun cənub ətrafına endirdiyi hava hücumlarını atəşkəs rejiminin açıq şəkildə pozulması adlandırıblar. Bu barədə The Times of Israel yazır..
İsrail hərbi komandanlığı bildirib ki, zərbələrin hədəfi Hizbullah qruplaşması üçün pilotsuz təyyarələr istehsal edən sexlər olub. İsrail tərəfi Livan paytaxtının sakinlərinə zərbələr barədə əvvəlcədən xəbərdarlıq edib.
2024-cü ilin noyabrında İsrail hərbçiləri və Hizbullah hərbi əməliyyatları dayandıraraq, atəşkəs sazişi imzalayıblar. Lakin daha sonra həm Livan ərazisindən İsrailin atəşə tutulması, həm də İsrail Müdafiə Ordusunun Livanın cənubuna zərbələri barədə dəfələrlə xəbərlər yayılıb.